26 Aralık 2024 Perşembe
Halk Şairi Nabi Hazar’ın 100. Yıl Dönümüne İthafen…
Bu nasıl bir duygudur dünya üzerinde?
Susmuşum, konuşmuş, gülmüşüm, güldükçe
Belki de ben dünyaya geldiğim gün
Bu ihtiyaç da benimle birlikte gelmişti.
Arzu, gökyüzü gibi sınırsızdır,
Umut kanatlarında uçmuşum,
Bir şiiri bitirir bitirmez
Başka bir şiirimin özlemiyle kalmışım…
Kâinata sığmayan o ilham duygusu… Sevgi mi, doğa mı, yoksa vuslat kokan hasret mi? Bu duyguların bir adı var mı? Bu hasretin bir sonu var mı? Yok. Nabi Hazar, kimileri için bir aşk şairi, kimileri içinse kâinata sığmayan bir efsanedir!
Gözlerinden damla damla akan yaşlar, sanki kalbinden süzülen arzular gibi taşar dururdu. Onun gözyaşları gibi arzuları da tükenmezdi. Her defasında kalemi eline aldığında, bir güvercin gibi kanat açıp uçardı. Evet, Nabi Hazar bu dünyaya sığmıyordu. O, bazen bir ateş gibi yakar, bazen de her gönüle merhem, derman olurdu…
Zorlu bir hayat yolundan geçen Nabi Hazar, bu yolda birçok acı ve ıstırapla yüzleşmişti. Yaratıcılığına daima ışık tutan hayat arkadaşı Gülara Hanım ile bu zorlukları birlikte yaşamış, ancak onların sevgisi, yaşadıklarına gölge düşürememişti.
Nabi Hazar’ın 95. doğum gününde Halk Yazarı Çingiz Abdullayev’in anılarını anlatırken duydum. Şöyle dedi: “Ben Nabi’yi 20 yıldan fazladır tanıyorum. Babası Alekber Bey, bir yıl içinde üç oğlunu kaybetmiş. Bu nasıl bir trajedidir? Bu duyguların, bu feryadın bir adı olamaz. 1930 yılında ise Nabi’nin babası gözlerini bu dünyaya sonsuza dek kapamış. Nabi, babasını kaybettiğinde daha küçük yaşlardaydı. Bir yıl içinde üç kardeşini ve babasını kaybetmek ne demektir, siz düşünün!”
Nabi Hazar’ın anıları o kadar güzel ve duyguludur ki, o anıları hatırladıkça, sanki hâlâ bizimleymiş gibi hissediyorum. Azerbaycan halkı için efsane bir şair olan Nabi Hazar, hayat yolunda birçok olayla karşı karşıya kalmış. Hayat sayfalarını çevirdikçe, bunlar bir ayna gibi yansır…
1945 yılına denk geliyordu. Samed Vurgun, Nabi Hazar’ın şiirlerini okumuş ve ona kefil olmuştu. O zamanlar Yazarlar Birliği’ne kabul edilmek 1958-1959 yıllarına kadar sürüyordu. Üç genç—Kabil, Behtiyar Vahabzade ve Nabi Hazar—Samed Vurgun’u bekliyorlardı. En ilginci de şu: Kabil şöyle diyor: “Nabi ve Behtiyar susmuştu, ben ise ellerimle kibriti yakıp Samed Hoca’ya uzattım, ama sonra o kibriti kutuya koydum ve kutu yandı. Samed Hoca dedi ki: ‘Adın ne senin, ey şair?’ Dedim: ‘Kabil.’ Dedi ki: ‘Ey Kabil, biz seni kabul etmeden böyle yapıyorsun. Kabul ettikten sonra ne yapacaksın?’”
Anılar o kadar çok ki, anlatmakla bitmez. Kâinata sığmayan şair, kaleme aldığı şiirlerinde de bu düşünceyi yansıtırdı. “Benim kâinatım şiirlerimdir” diyen şair, şiirlerine ışık saçan, hayatına ise yoldaş olan Gülara Hanım’ı sevgisiyle süslerdi. Onların aşk hikâyesi kimseye benzemezdi.
İsa Hüseyinov, Nabi Hazar ve Salam Kadirzade… Hadi 1950’li yıllara denk gelen dönemlere bir yolculuk yapalım. O zamanlar Nabi Hazar ve Salam Kadirzade, Maksim Gorki Edebiyat Enstitüsü’nde okuyorlardı. Üçü de çok yakın arkadaştı. Bu üç yakın dostun sohbetleri de bir başkaydı. İsa Hüseyinov, her ikisini de “rehberim” olarak adlandırırdı. Onların ebedi dostluğu “Gençler Günü”nde başlamıştı. Hatıralarını anlatırken şöyle dedi: “Salam Kadirzade’yi, ‘Gençlik’ adında yayımlanan öyküsünden, Nabi Hazar’ı ise ‘Babayev’ imzasıyla yayımlanan eserinden tanıyordum. Her ikisi de Maksim Gorki Edebiyat Enstitüsü’nün dördüncü sınıf öğrencisiydi. Yaz aylarında günlerini genelde Yazarlar Birliği’nde geçirirlerdi. İsa Hüseyinov, son zamanlarda sık sık Birlik’e giderek orada tanışmıştı.”
Biz Nabi Hazar’ın eserlerinin sadece hasret kokan yönlerinden bahsettik, ancak onun toprağa, denize, gökyüzüne, dağlara, vadilere ve çınara olan sevgisini unutmamak gerek. Onun “Vadiler” şiirindeki şu dizeleri nerede bulabilirsiniz ki?
Çınarlar sıra sıra
Yükselir zirveye ulaşır.
Dağa sokulup uyur,
Mışıl mışıl vadiler,
Vadiler, vadiler, vadiler…
Bir düşünün, toprağa olan sevgiyi bu kadar güzel, bu kadar büyüleyici bir şekilde nasıl ifade edebilirsiniz? Çınarın güzelliği, doğayı da kendine hayran bırakmış!
Eğer ki yıkılsam çınar gösterin,
Ona yaslanıp ovaya bakayım.
Gözlerim görmese, Göygöl’ü verin,
Onun gözüyle dünyaya bakayım.
Her yerde, her zaman sensin umudum.
Canım-gözüm benim
Azerbaycan’ım!
Nabi Hazar’ın eserlerinde en çok sevdiğim, doğanın ruhuna dokunmasıdır. Bu da denizdir. Deniz… Deniz, Nabi Hazar’ın sığındığı dünyaydı. O, denizin dalgalarında hatıralarını anar, kalbinin sahilinde onunla dertleşirken huzur bulurdu. Onun aydın güneşine, karanlık yoluna ışık tutan şey de denizdi. Sevgisini denizin tanıklığıyla paylaşırdı.
Deniz, Tanrı’nın bir meleğidir. Bu meleğin bir sesi var. Bazen konuşur, bazen ateş gibi bağırır, bazen de ağlar… Bu deniz, biliyor musunuz, kimdir? Nabi Hazar… Kalbinde yarattığı melek onun kalemidir. Bu kalem daima yaşayacaktır. Toprağa sarılıp ruhu boğmak günahtır çünkü…
Toprağın sesinden doğan ruhlar ise biziz. Nabi Hazar’ın şiirlerini seven insanlar. Evet, onun şiirlerinde benim de bedenim ayrılır, toprağa koşar, ama ruhum asla ve hiçbir zaman!
Səma Muğanna
Musiqili dəniz və onun şairi…
Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə ithaf edirəm…
O necə duyğudur dünya üzündə?
Dinmişəm, dillənib gülmüşəm, gülüb
Bəlkə mən cahana gəldiyim gündə,
Elə ehtiyac da mənimlə gəlib?
Arzu sahilsizdir asiman kimi,
Uçmuşam ümidin qanadlarında
Qalmışam bir şeri qurtaran kimi,
Başqa bir şerimin intizarında…
Kainata sığmayan o ilham duyğusu…Sevgimi, təbiətmi, yoxsa vüsal qoxan həsrətmi? Bu duyğuların adı varmı? Bu həsrətin sonu varmı? Yoxdur. Nəbi Xəzri də çoxları üçün bir məhəbbət şairi, çoxları üçünsə cahana sığmayan əfsanədir!
Gözlərindən damla-damla axan yaşlar sanki qəlbindən süzülən arzular kimi aşıb-daşırdı. Onun göz yaşları kimi arzuları da tükənməzdi. Hər dəfə qələmi əlinə aldıqda bir göyərçin kimi qanad açıb uçardı. Bəli, Nəbi Xəzri bu dünyaya sığmırdı. O, bəzən alov kimi yandırar, bəzən də hər könülə məlhəm, dərman olardı…
Keşməkeşli bir həyat yolu keçən Nəbi Xəzri bu yolda çox acı, əzabla baş-başa qalıb. Yaradıcılığına daima işıq salan ömür-gün yoldaşı Gülarə xanımla bu çətinlikləri birlikdə yaşayıb,ancaq onların sevgisi yaşadıqlarına kölgə sala bilməyib.
Nəbi Xəzrinin 95 illik yubileyində Xalq yazıçısı Çingiz Abdullayevin xatirələri danışarkən eşitdim. Dedi ki, mən Nəbini 20 ildən çox olar ki, tanıyıram. Onun atası Ələkbər kişi 1 ildə üç oğlunu itirib. Bu necə bir faciədir? Bu duyğuların, fəryadın adı ola bilməz. 30-cu ildə isə Nəbinin atası gözlərini əbədi olaraq bu dünyaya yumdu. Nəbi kiçik yaşlarında olardı atasını itirdikdə. Siz düşünün ki, 1il ərzində 3 qardaşını və onunla bərabər atasını itirmək nə deməkdir?
Nəbi Xəzrinin xatirələri o qədər gözəl və duyğuludur ki, o xatirələri yada saldıqca elə bilirəm ki, yenə bizimlədir. Çoxlarının Azərbaycan xalqı üçün əfsanə şairi ömür yolunda çox hadisələrlə qarşı-qarşıya qalıb. Ömür səhifələrini vərəqlədikdə bu güzgü kimi əks olunur…
1945-ci illərə təsadüf edirdi. Səməd Vurğun Nəbi Xəzrinin şeirlərini oxumuş və ona zəmanət vermişdi. O vaxtları Yazıçılar İttifaqına qəbul 58-59-cu illərə qədər davam edirdi. 3 gənc-Qabil, Bəxtiyar Vahabzadə və Nəbi Xəzri Səməd Vurğunu gözləyirdilər. Ən maraqlısı da budur ki, Qabil deyir ki, Nəbiylə, Bəxtiyar susub mən də əl-qolla kibriti yandırıb Səməd müəllimə uzatdım, ancaq daha sonra o kibriti qutuya qoydum və qutu yandı. Səməd müəllim dedi ki, adın nədir sənin, ay şair? Dedim Qabil. Dedi ki, ay Qabil, biz səni qəbul etməmişik belə edirsən. Qəbul etdikdən sonra nə olacaq?
Xatirələr o qədər çoxdur ki, danışmaqla bitmir. Kainata sığmayan şair qələmə aldığı şeirlərində də bu fikri əks etdirərdi. “Mənim kainatım şeirlərimdir” deyən şair şeirlərinə işıq saçan, ömrünə isə həmdəm olan Gülarə xanımı sevgisiylə bəzək verərdi. Onların sevgi hekayəsi heç kimə bənzəmirdi.
İsa Hüseynov, Nəbi Xəzri və Salam Qədirzadə. Gəlin 50-ci illərə təsadüf edən illərə səyahət edək. O zamanlarda Nəbi Xəzri və Salam Qədirzadə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdular. Üçü də çox yaxın dost idi. Bu üç yaxın dostun sözü, söhbəti də elə bir idi. İsa Hüseynov hər ikisini bələdçisi adlandırardı. Onların əbədi dostluğu “Gənclər günü”ndən başlamışdı. Xatirələrini danışarkən dedi: Salam Qədirzadəni “Gənclik” adında çap olunan povestindən, Nəbi Xəzrini isə “Babayev” imzası ilə çap olunmasından tanıyırdım. Hər ikisi də Maksim Qorki adına Ədəbiyyat İnstitunun dördüncü kurs tələbəsi idi. Yay aylarında çox vaxt gününü Yazıçılar İttifaqında keçirirdi. İsa Hüseynov son vaxtlar İttifaqa çox getdiyindən elə orada tanış olmuşdu.
Biz Nəbi Xəzri yaradıcılığının yalnız nisgilli və həsrət qoxan tərəflərindən danışdıq, lakin onun torpaq, dəniz, səma, göy, dağlar, dərələr və Çinara olan sevgisini unutmaq olmaz. Onun “Dərələr”indən harada tapmaq olar:
Çinarlar qatar-qatar
Qalxıb zirvəyə çatar.
Dağa qısılıb yatar,
Mışıl-mışıl dərələr,
Dərələr, dərələr,dərələr…
Düşünün, torpağa olan sevgini necə bu cür gözəl, necə ecazkar şəkildə söyləmək olar? Çinarın gözəlliyi təbiəti də özünə heyran edib!
Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə, Göy gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə sənsən gümanım.
Canım-gözüm mənim
Azərbaycanım!
Nəbi Xəzrinin yaradıcılığında ən çox sevdiyim təbiətin ruhuna toxunmağıdır. Bu da dənizdir. Dəniz..Dəniz Nəbri Xəzrinin sığındığı dünya idi. O dənizin dalğalarında xatirələrini yada salar, qəlbinin sahilində onunla dərdləşdikdə rahatlıq tapardı. Onun aydın günəşinə, qaranlıq yoluna işıq salan məhz elə dəniz idi. O sevgisini dənizin şahidliyi ilə paylaşırdı.
Dəniz Tanrının bir mələyidir. Bu mələyin bir səsi var. Bəzən danışır, bəzən odun alovu kimi qışqırır, bəzənsə ağlayır… Bu dəniz bilirsinizmi kimdir? Nəbi Xəzri… Qəlbində yaratdığı mələk onun qələmidir. Bu qələm daima yaşayır. Torpaq cismə sarılıb, ruhu boğmaq günahdır axı…
Torpağın səsindən doğulan ruhlar iaə bizik. Nəbi Xəzrinin poeziyasını sevən insanlar. Bəli, onun şeirlərində mənim də cismim ayrılır, torpağa qaçır, amma ruhum əsla və heç vaxt!
Səma Muğanna