21 Ocak 2025 Salı
Sekiz ya da dokuz yaşındaydım. Sıradan bir yaz gecesiydi ve her şey o gecenin sessizliğinde başlamıştı. Yatağıma girdikten birkaç dakika sonra, nedeni her zaman gizemli kalacak olan sesler duymaya başladım. Ve ne sesler… Kimsenin bir kez bile duymak istemeyeceği korkunç sesler…
Korkuma dayanamayıp babama sordum:
Bu sesler nedir baba?
Oğlum, ne sesi?
Duymuyor musun baba?
Yok oğlum.
Ben duyabiliyorum. Ayrıca oldukça korkunç sesler…
Örneğin ne? Hangi sesleri, oğlum?
“Yanıyorum yardım edin”, “Allah’ım bizi affet”, “Öldüm Allah’ım”,
“Offff bu düştüğümüz bela ne” ve yüzlerce farklı ses, bağırış, çığlık…
Babam ses duymadığını ısrarla söyleyince heyecanım daha da artıyordu…
Oğlum, ses falan yok, diyerek babam birkaç dakika saçlarımı kıvırıp beni uyutmaya çalışıyordu.
Ne kadar sağa sola vurursam vurayım, sesler giderek yükseliyordu…
Sesleri duyduğum ilk gün ne kadar şaşırsam da kendimi teselli edip her şeyin geçeceğini düşündüm, uykuya daldım. Ama ertesi gün yanıldığımı anladım, duyduklarım iki katına çıktı…
Anne, sen de duyuyor musun?
Ne, oğlum?
Ehhh, sahiden bir şey duymuyor musun?
Senden başka ne duymam gerekiyor ki?
Babama anlattıklarımı anneme de anlatmış, o da aynı tepkiyi vermiş ve narin parmaklarıyla beni okşayarak uyutmaya çalışmıştı…
Zorlukla uykuya dalıncaya kadar sesleri duymaya devam ettim…
İki gündür o korkunç sesleri duyuyordum ve bu şekilde beş-altı gün daha sürecekti. Ve her şey başladığı gibi aniden bitmişti…
Aradan otuz iki yıl geçmesine rağmen o seslerin ne olduğu, nereden geldiği hâlâ beni düşündürüyor ve muhtemelen mezara kadar da düşündürecek… Yaşadıklarımı birçok kişiye anlatsam da bir türlü sağlam bir cevap alamamak beni daha da üzüyor… Allah’tan başka kimsenin bilemeyeceği, milyarda birinin başına gelecek, belki de benden başka kimseye nasip olmayacak bir şeyle karşılaştım… (Kendimi başkalarından ayırmak gibi bir amacım yok, üstünlük söz konusu bile değil. Amacım sadece yaşadıklarımı yazmak, sizlerle paylaşmak ve sizden tavsiye almak…)
Acaba o sesler neydi?
Bir amaç için sadece benim kulağıma teknik bir alet mi doğrultmuşlardı? Bir deneye mi dönüşmüştüm? Reşit olmayan birinden ne isteyebilirler ki… Kim bilir, belki de istedikleri bir şey olmuştur ve amacına ulaştıktan birkaç gün sonra yakamdan vazgeçmişlerdir…
İhtimallerimin arasında gökyüzünün kapılarının bana açılması ve cehennem ehlinin çığlıklarının bana duyurulması da vardı. Çocuk olmama rağmen ilahi bir güç tarafından uyarıldığımı düşünüyorum… Hayatınızı doğru yaşayın ki, orada acı çekmeyiniz uyarısını… Ve en önemlisi insanları bu gerçeklerden haberdar edin. Kendi ebeveynlerim bile bana bu seslerin sadece tesadüf olduğunu, hiçbir şey olmadığını söylerken, bana kim inanır ki?
“Allah onların kalplerini ve kulaklarını mühürlemiştir, gözlerinde de perde vardır ve büyük azap onlar içindir.”
Bakara Suresi / Ayet 7
Ama bir gerçek var ki, duyduklarım gerçekti… Bunu inkâr etmek, güneşin varlığını inkâr etmek kadar kör olmayı gerektirir… Ve Allah şahittir ki, gerçekleri yaymaktan bir adım bile geri durmadım ve asla geri adım atmayacağım da…
Benim hakikatim birçoklarının cennetini cehenneme, birçoklarının cehennemini de cennete çevirecek…
Habil Yaşar
SƏSLƏR
Səkkiz-doqquz yaşlarındaydım. Sıradan bir yay gecəsiydi və hər şey o gecənin səssizliyində başlamışdı. Yatağıma daxil olduqdan bir neçə dəqiqə sonra, baş vermə səbəbinin hər zaman sirli qalacağı səslər eşitməyə başlamışdım. Həm də necə səslər…Heç kəsin bircə dəfə də eşitmək istəməyəcəyi müdhiş səslər…
Qorxudan tab gətirə bilməyib atamdan soruşmuşdum:
-Bu nə səslərdir ata?
-Nə səsləri oğlum?
-Eşitmirsənmi ata?
-Xeyr, oğlum.
-Axı mən eşidirəm. Özü də olduqca dəhşətli səslər…
Məsələn nə? Hansı səsləri oğlum?
“Yanıram, kömək edin”, “İlahi bağışla bizi”, “Öldüm Allah”, “Offf bu nə bəladır biz düşmüşük” və yüzlərcə fərqli səslər, bağırtılar, fəryadlar… Atam heç bir səs eşitmədiyini israrla vurğuladıqca mən daha da həyacanlanmaqdaydım…
-Oğlum, heç bir səs falan yoxdur deyərək, bir neçə dəqiqə saçlarımı tumarlayan atam məni yatızdırmağa çalışırdı.
Hər nə qədər sağa-sola vurnuxsam da səslər getdikcə çoxalmaqda, fəryadlar daha da yüksəlməkdəydi… Səsləri eşitdiyim ilk gün hər nə qədər təəcüblənsəm də özümə təsəlli verərək hər şeyin keçib gedəcəyini düşünmüş, yuxulamışdım…Amma ertəsi gün yanıldığımı anlamış, eşitdiklərim ikiqat artmışdı…
Ana, sən də eşidirsənmi?
Nəyi oğlum?
Ehhh, doğrudan heç nə eşitmirsən?
Səndən başqa nə eşitməliyəm ki…
Atama dediklərimi anama da söyləmiş, o da eyni reaksiya verərək məni zərif barmaqları ilə sığallayaraq yatızdırmağa çalışmışdı…
Səsləri güc-bəla ilə yuxulayana kimi eşitməyə davam etmişdim…
Artıq iki gündür ki, o vahiməli səsləri eşitməkdəydim və bu minvalla beş-altı gün daha sürəcəkdi…Və hər şey anidən başladığı kimi bir andaca bitmişdi…
Aradan otuz iki il keçməsinə baxmayaraq o səslərin nə olduğu, haradan gəldiyi, məni hələ də düşündürməyə vadar edir və çox güman ki, məzara kimi də vadar edəcəkdir…Bir çoxlarına yaşadıqlarımı anlatsam da heç kəsdən tutarlı cavab ala bilməmək daha da üzməkdədir məni…Tanrıdan başqa kimsənin bilməyəcəyi, milyardda bir insana nəsib olacağı və bəlkə də məndən başqa heç kimsəyə qismət olmayacaq bir şeylə qarşılaşmışam mən…(Özümü digərlərindən fərqləndirmək niyyətim yoxdur, üstünlükdən söhbət belə gedə bilməz. Sadəcə və sadəcə yaşadıqlarımı qələmə almaq, sizlərlə paylaşmaq və sizlərdən hər hansı bir məsləhət almaqdır məqsədim…)
Görəsən nə idi o səslər?
Hər hansı bir texniki cihazı sadəcə mənim qulağıma yönləndirərək müəyyən məqsədlərlə istifadə edirdilərmi? Mən bir eksperiment obyektinəmi çevrilmişdim? Azyaşlıdan nə istəyə bilərdilər ki…Kim bilir bəlkə də bir istədikləri varmış və məqsədlərinə nail olduqdan bir neçə gün sonra yaxamdan əl çəkmişdilər…
Ehtimallarım içində səma qapılarının üzümə açıldığı və cəhənnəm sakinlərinin fəryadlarının mənə eşitdirilməsi də xüsusi mövqe tutmaqdadır. Hər nə qədər uşaq olsam da ilahi bir güc tərəfindən mənə xəbərdarlıq edildiyini zənn edirəm…Həyatını doğru yaşa ki, oradakı əzablara düçar olmayasan xəbərdarlığını… Və ən əsas da insanları bu həqiqətlərdən agah et. Kim mənə inanacaq ki, hətta öz valideynlərim belə bu səslərin sadəcə ötəri bir şey olduğunu, ümumiyyətlə heç olmadığını söyləməkdəykən…
“Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!”
Bəqərə surəsi/ayə 7
Amma bir həqiqət var ki, eşitdiklərim bir həqiqət idi…Onu inkar etmək günəşin varlığını danmaq qədər kor olmamı gərəkdirir…Və Tanrı şahiddir ki, bu həqiqətləri yaymaqdan heç zaman bir addım da geri atmadım və atmayacağam da…
Mənim həqiqətim bir çoxlarının cənnətini cəhənnəmə çevirəcək və bir çoxlarının cəhənnəmini cənnətə…