Unutulmuş Kurtarıcı

Unutulmuş Kurtarıcı

Habil Yaşar kaleme aldı...

ABONE OL
11 Nisan 2025 23:41
Unutulmuş Kurtarıcı
2

BEĞENDİM

ABONE OL

Sıkıcı ve bunaltıcı yaz akşamlarından biriydi. (Her mevsimin kendine has güzelliği olsa da yazı hiç sevmez, sonbaharı her zaman daha çok arzularım. Ayrıca sıcak havalarda ilhamım da büyük ölçüde tükenir, yazmak için kendimi zorlar dururdum.) Her zamanki gibi arabayla deniz kenarına gidip orada yazmayı deneyecektim. Yol boyunca ritmik müzikler dinleyerek yaklaşık yarım saat sonra Bilgeh plajına vardım. (Çalma listemde çeşitli türlerde müziklerin yanı sıra sesli kitaplar da özel bir yer tutuyordu.) Arabayı uygun bir yere park ettikten sonra sahile yaklaşıp biraz serinlemek ve dalgaların sesini dinlemek istedim. Gün içerisinde çeşitli kaygı ve streslerden arınmış ruhum bu şekilde rahatlayarak adeta yeniden başlatılıyordu.

Bir süre sonra geri dönüp arabaya oturdum. Teybi açarak çalma listemden “Cursed Soundtrack: The Fear” (Lanetlenmiş Soundtrack: Korku) adlı parçayı seçip bir süre müzik dinledikten sonra yazacağım konuyu belirledim. Her ne kadar dizüstü bilgisayarımı da yanıma almış olsam da bu defa geleneksel 80 yapraklık deftere yazmayı tercih ettim. Yaklaşık on beş dakika boyunca tek bir cümle dahi yazamayarak birkaç kez “lanet şeytana” diyerek homurdandım. Ellerim titriyor, beynimin içi sanki yanıyordu. Arabadan inip tekrar sahile doğru yürümek üzereyken, saat 22:08 civarında müzik seslerinin arasından garip fısıltılar duymaya başladım.

Önce bu fısıltıların müzik parçasının içinde yer aldığına kanaat getirerek pek şaşırmadım. Fısıltılar giderek daha da artıyor, tedirginlik de buna paralel olarak büyüyordu. Bunun üzerine müziği 35-45 saniye geri sararak o fısıltıların gerçekten olup olmadığını kontrol etmeye karar verdim. Ne gariptir ki az önce duymuş olduğum fısıltıların hiçbir izine rastlamadım. Geri sarma işlemini defalarca tekrarladıktan sonra duyduklarımın sadece bir radyo sinyal sesi ya da çevreden gelen bir sesin aracın içinde yankılandığı düşüncesine kapıldım. Tam o anda o ses yeniden başladı.

Fısıltı giderek yükselerek normal duyulabilecek seviyeye ulaştı. Ancak hiç de normal bir sese benzemeyen bu fısıltılar oldukça korkunç, dehşet verici bir yankı oluşturarak tüm benliğimi esir almaya başladı. Korkudan titreyen parmaklarımı teybe yaklaştırarak sesi kısmaya çalışsam da ses ne azaldı, tam aksine daha da yükseldi. Alternatif olarak teybi kapatmaya çalıştım ama bu da mümkün olmadı. Birden gözlerim dikiz aynasına takıldığında, yüzümün kan ter içinde bembeyaz kesildiğini, tüylerimin diken diken olduğunu gördüm. Havanın sıcak olmasına rağmen, hatta daha sıcak günlerde bile bu kadar terlediğimi hatırlamıyorum. Camların yarıya kadar açık olduğunu fark edip tamamen açmaya karar verdim. Ancak ne kadar uğraşsam da camlar açılmak yerine kapandı. Aynı anda perdeler de camları tamamen kapattığından, çevredeki insanların aracın içinde neler olup bittiğinden haberdar olması imkânsız hale geldi.

Derhal kapıyı açıp arabadan çıkmak istesem de kapı açılmadı. Her yandan kilitlenmiştim. “Lanet olsun” diyerek önce olup bitenlerin yalnızca teknik bir sorun olduğunu düşünsem de daha sonra tüm bunların teknik bir problemle hiçbir ilgisinin olmadığını anladım. Aynı zamanda ardı ardına gelen bu olumsuzlukların bir tesadüf olamayacağını da netleştirmiştim. Camlar ve kapılar kapandıktan sonra o uğursuz ses daha da yükselmeye başladı… 25, 26, 27, 28… Umutlarımın azaldığı bir anda “SOS” düğmesi aklıma geldi. Belki etraftakiler yanıp sönen ışığı görüp yardıma gelebilirlerdi. Ancak bu da işe yaramadı. Ne “SOS” düğmesinin ışıkları yandı ne de diğer ışıklar çalıştı, hepsi sönmüş ve işlevsiz hale gelmişti. Sadece o lanet teypten gelen ses hariç. Sanki araç tamamen lanetlenmişti. “Aman Tanrım” diye bağırmak istesem de sesim boğulmuştu ve duyulamayacak kadar kısıktı. Aniden kutudaki penseyi alıp camları kırmak istedim, ama olağanüstü bir güç penseyi elimden fırlatıp ellerime birkaç güçlü darbe indirdi. Çığlığım çevreye yayılabilirdi ama teybin sesi 100’de olduğu için dışarıdan duyulması imkânsızdı. Birkaç saniye ya da dakika baygın kaldıktan sonra müzik sesi tekrar 15’e düştü. Bu sırada o ses ürkütücü biçimde bana hitap ederek:

— Bu gece seni cehenneme göndermeden önce seninle biraz saklambaç oynamak istiyorum. Oysa seni bir anda yok edebilirdim ama birkaç dakikalığına oyuncağım olmanı istedim. Bu gece sen arzularımın kurbanı olacak, mutluluğuma mutluluk katacaksın…

Soru sormak istesem de konuşmak şöyle dursun, dilim damağım kurumuştu, yutkunamıyordum bile. Görünmeyen bir varlık sanki her şeyi hissederek:

— Eserlerinde bana yeterince yer ayırdığın gibi, hatta bazen baş kahraman olarak da beni seçtin. Görünüşe göre benimle gerçekten zaman geçirmek istemişsin. Benimle görüşmeyi kolay sanan sen, henüz sadece sesimi duyarak bu kadar korkuyorsan, varlığımı gördüğünde başına ne geleceğini bir düşün…

O gerçeği dile getirirken ondan nasıl kurtulabileceğimi düşünüyordum. Yavaş yavaş düşünme yetimi de kaybetme tehlikesi yaşıyordum. Galip gelmenin sadece bir hayal olduğu kesindi. Görünmeyen bir varlıkla nasıl mücadele edebilirdim ki… Belki de ömrümün son anlarını yaşıyordum. Geçen her saniye benim için on yıllar kadar değerliydi. (Keşke insan yaşadığı her saniyeye şükredebilseydi.)

Kısa bir aranın ardından daha korkunç bir tarzda:

— Hazır ol, zamanın geldi. Şimdi seni lanetleyerek cehenneme göndereceğim. Hiçbir Tanrı seni benim elimden alamayacak. Şu anda senin yanında Tanrı yok, ben varım. Ve şu anda senin Tanrın da benim. Yaşatmak da öldürmek de yalnızca benim elimde. Ve ben öldürmeyi seçtim. Ne kadar yalvarırsan yalvar boşuna dua edeceksin… diyerek alaycı şekilde güldü.

Boynumu bükerek, gözlerimi kapatmış, çaresizliğimle barışmıştım. Umudumun tükendiği, çaresizliğin doruğuna ulaştığım o anda:

Çalma listesindeki o lanetli müziğin yerine:

Bismillahirrahmanirrahim.

  1. De ki: “Sığınıyorum insanların Rabbine,
  2. İnsanların Hükümdarına,
  3. İnsanların İlâhına,
  4. O sinsi vesvesecinin şerrinden,
  5. Ki o, insanların kalplerine vesvese verir.
  6. O, cinlerden de olur, insanlardan da.”

(En-Nâs Suresi, 6 Ayet)

Kur’an-ı Kerim’in son suresi olan “Nâs” suresinin ilk ayetlerinden itibaren seslendiğini net şekilde işittim. İlahi bu nasıl olurdu… Zira benim çalma listemde bırakın Kur’an’ı, Allah’la ilgili hiçbir dosya yoktu. Ayetler seslendikçe o görünmez varlığın korkunç sesi ortadan kaybolmaya, yavaş yavaş yok olmaya başladı. Ve biraz sonra ansızın geldiği gibi ansızın da kaybolup gitti. Birkaç saniye sonra tüm ışıklar yanmaya, camlar açılmaya başladı. Sanki her şey geçici olarak donmuş, sonra yeniden başlatılmıştı. Ellerimdeki yaralardan bile hiçbir iz kalmamıştı. Sanki gördüklerim bir rüya, belki de bir halüsinasyondu. Ama her ne olmuş olursa olsun, başıma gelenler açıklanamayacak derecede tüyler ürpertici, korkunçtu. Bu gece ömrüm boyunca unutamayacağım olaylara tanıklık etmiştim… Daha da garip olan neydi biliyor musunuz? Playlistime Allah’ın sözlerinin yüklenmiş olması…

04.07.2022 / 03:30


Orjinal metin

Unudulmuş Xilaskar

Darıxdırıcı qızmar yay axşamlarından biri idi (hər fəslin öz gözəlliyi olmasına baxmayaraq yayı heç sevməz, payızı daha çox arzulayardım, həmçinin isti havalarda ilhamım da bir xeyli tükənər, yazmaq üçün dəridən-qabıqdan çıxardım). Hər zamankı kimi avtomobillə dənizkənarına gedərək orada yazmağa çalışacaqdım.

Yolboyu ritmik musiqilər dinləyərək yarım saat sonra Bilgəh çimərliyinə çatdım (Playlistimdə müxtəlif janrlarda olan musiqilərdən tutmuş, audio kitablar da xüsusi yer tuturdu). Avtomobili müvafiq yerdə park etdikdən sonra sahilə yaxınlaşaraq bir az sərinləməklə yanaşı, dalğaların səsini dinləmək istədim. Gün ərzində müxtəlif qayğı və stresslərdən azad olan ruhum rahatlanaraq “restart” edirdi.

Bir müddət sonra geri qayıdaraq avtomobilə əyləşdim. Maqnitafonu açaraq playlistimdən “Cursed Soundtrack: The Fear” (“Lənətlənmiş Soundtrack: Qorxu) musiqisini seçərək bir müddət musiqi dinlədikdən sonra yazacağım mövzunu təyin elədim. Baxmayaraq ki, notebookumu da özümlə götürmüşdüm, amma bu dəfə ənənəvi 80 vərəqlik dəftərdə yazmağa üstünlük verdim. On beş dəqiqəyə yaxın bir cümlə belə yaza bilməyərək bir neçə dəfə “lənət şeytana” deyərək mızıldadım.

Əllərim əsir, beynimin içi sanki od tutub yanırdı. Avtomobildən düşüb yenidən sahilə yaxınlaşmaq istəyirdim ki, 22:08 radələrində musiqi sədaları arasından qəribə pıçıltılar eşitməyə başladım. Öncə bu pıçıltıların musiqi parçasının içərisində var olduğu qənaətinə gələrək heç də təəccüblənmədim. Pıçıltılar getdikcə daha da artmağa davam edir, vahiməsi də bir o qədər çoxalırdı.

Bu məqsədlə musiqini 35-45 saniyə geri çevirərək o pıçıltıların var olub-olmadığını yoxlamaq qərarına gəldim. Ancaq nə qəribə idi ki, az öncə eşitdiyim pıçıltılardan əsər-əlamət yox idi. Geri çevirmə prosesini dəfələrlə təkrarladıqdan sonra eşitdiklərimin sadəcə bir radio siqnal səsi, yaxud da ətrafdakı hər hansısa bir səsin avtomobilin içərisində əks-səda verdiyi qənaətinə gəlmişdim ki, bu səs yenidən təkrarlanmağa başladı.

Pıçıltı getdikcə daha da yüksələrək normal eşidiləcək dərəcəyə çatmışdı. Heç də normal səsə bənzəməyən bu pıçıltılar olduqca qorxunc, dəhşətli dərəcədə əks-səda verdiyindən bütün varlığımı əsir almağa başlayırdı. Qorxudan əsən barmaqlarımı maqnitafona yaxınlaşdıraraq musiqinin səsini hər nə qədər azaltmağa cəhd etsəm də səs nəinki alçalır, əksinə bir o qədər yüksəlirdi.

Alternativ variant olaraq maqnitafonu söndürməyə çalışsam da onu söndürmək mümkünsüz idi. Anidən gözlərim güzgüyə yaxınlaşdığı zaman sifətimin qan-tər içində tamamən ağardığının, tüklərimin biz-biz durduğunun şahidi oldum. Havanın isti olmasına rəğmən, hətta bundan da isti havalarda, heç zaman bu qədər tərlədiyimi xatırlamıram.

Pəncərələrin yarıya qədər açıq olduğunu görərək onları tamamilə açmaq qərarına gəldim. Və bu an bütün qüvvəmi toparlayaraq hər nə qədər cəhd etdimsə də pəncərələr açılmaq əvəzinə bağlandı, eyni zamanda pərdələr də pəncərələri tamamilə örtdüyündən ətrafdakıların avtomabilin içində baş verənlərdən xəbərdar olması da mümkünsüzlüyə çevrildi.

Dərhal qapını açıb avtomobildən düşmək qərarına gəlsəm də qapı açılmadı ki, açılmadı. Hər tərəfdən bloklanmışdım. “Lənət şeytana” deyərək öncə baş verənlərin sadəcə bir texniki problem olduğunu düşünsəm də daha sonra bütün bunların hər hansı bir texniki problemlə heç bir əlaqəsi olmadığını anladım. Eyni zamanda ard-arda gələn xoşagəlməzliklərin təsadüf olamayacağını da dəqiqləşdirdim.

Pəncərələr və qapı bağlandıqdan sonra o müdhiş səs daha da yüksəlməyə başladı… 25, 26, 27, 28… Ümidlərimin azaldığı bir məqamda “SOS” düyməsi yadıma düşdü. Hər halda ətrafdakılar yanıb-sönən işığı görərək köməyə gələ bilərdilər. Ancaq bu da bir işə yaramadı.

Nəinki “SOS” düyməsinin işıqları yandı, həmçinin digər bütün işıqlar da sönmüş, heç biri işləməməkdəydi, bir o lənətlik maqnitafondan başqa. Sanki, avtomobil tamamilə lənətlənmişdi. “Aman Allahım” deyərək qışqırmaq istəsəm də səsim eşidilməsi mümkün olmayacaq qədər boğulmuşdu.

Birdən qutudakı kəlbətini götürərək şüşələri sındırmaq istəyərkən qeyri-adi bir güc kəlbətini əlimdən salaraq əllərimin üstündən bir neçə güclü zərbə vurdu. Bağırtım ətrafa yayıla bilərdi amma maqnitafonun səsi tam olaraq 100 üzərində olduğundan ətrafda səsimin eşidilməsi mümkünsüz idi.

Bir neçə saniyə, ya dəqiqəmi huşsuz vəziyyətdə qaldıqdan sonra musiqi səsi yenidən 15-ə düşdü. Bu məqamda o səs müdhişcəsinə mənə ünvanlanaraq:

– Bu gecə səni cəhənnəmə vasil etməzdən qabaq səninlə bir az gizlənpaç oynamaq istəyirəm. Halbuki səni bir andaca məhv edə bilərdim, ancaq bir neçə dəqiqə oyuncağım olmağını arzuladım. Bu gecə sən arzularımın qurbanı olacaq, xoşbəxtliyimə xoşbəxtlik qatacaqsan…

Sual vermək istəsəm də danışmaq bir yana dilim-dodağım quruduğundan heç udquna da bilmirdim. Gözəgörünməz sanki hər şeyi duyaraq:

– Əsərlərində kifayət qədər mənə yer ayırmağınla yanaşı, hətta bəzən baş qəhrəmanın seçilmişəm də. Görünür mənimlə gərçəkdən vaxt keçirməyi arzulamısan. Mənimlə görüşməyi asan sayan sən, hələki sadəcə səsimi eşitməklə dəhşət dərəcədə qorxursansa o zaman varlığımı görəcəyin zaman aqibətinin necə olacağını bir düşünsən…

O həqiqətləri vurğulayarkən ondan necə xilas ola biləcəyim haqqında düşünürdüm. Yavaş-yavaş düşünmək qabiliyyətimi də itirmək təhlükəsindəydim. Qalib gəlməyin sadəcə bir xülya olduğu şübhəsizdi. Görünməyən bir varlıqla necə mübarizə apara bilərdim ki… Bəlkə də ömrümün son anlarını yaşamaqdaydım.

Keçən hər saniyə mənim üçün onillər qədər dəyərli idi (Kaş insan yaşadığı hər saniyəyə şükür edə bilsəydi).

Qısa fasilədən sonra daha vahiməli tərzdə:

– Hazır ol, zamanın gəlib çatdı. İndi səni lənətləyərək cəhənnəmə göndərəcəyəm. Heç Tanrı belə səni mənim əlimdən ala bilməyəcəkdir. İndi sənin yanında Tanrı yoxdur, mən varam. Və hal-hazırda sənin tanrın da mənəm. Yaşatmaq və öldürmək də sadəcə mənim əlimdədir. Və mən öldürməyi seçdim. Hər nə qədər yalvarırsan yalvar boşuna dua edəcəksən… – deyərək istehzayla güldü.

Boynumu bükərək, gözlərimi yummuş çarəsizliyimlə barışmışdım. Ümidlərimin tükəndiyi məqamda, çarəsizliyin pik nöqtəsində: Playlistdəki o lənətli musiqinin əvəzinə:

Bismilləəhi-r-rah’məəni-r-rahiim.

  1. Qul əuuzu bi-Rabbi-n-nəəs,
  2. Məliki-n-nəəs,
  3. İləəhi-n-nəəs,
  4. Minn şərri-l-vasvaasi-l-xannəəs,
  5. Əlləzii yuvasvisu fii suduuri-n-nəəs,
  6. Minə-l-cinnəti va-n-nəəs.
    (ən-Nəs, 6)

İlk ayəsindən “Qurani-Kərim”in son surəsi olan “Nəs” surəsinin səsləndiyini dəqiqləşdirdim. İlahi bu necə ola bilərdi… Axı mənim playlistimdə nəinki “Qurani-Kərim”dən, ümumiyyətlə Allahla bağlı heç bir fayl yox idi.

Ayələr səsləndiyi zaman gözəgörünməzin qorxunc səsindən əsər-əlamət qalmayaraq getdikcə yox olmağa başlayırdı. Və az sonra qəfil gəldiyi kimi qəfil də rədd olub getdi.

Bir neçə saniyə sonra bütün işıqlar yanmağa, pəncərələr açılmağa başladı. Sanki hər şey müvəqqəti olaraq donmuş, yenidən bərpa olunmuşdu. Əllərimdəki yaralardan belə heç bir iz qalmamışdı. Sanki gördüklərim bir yuxu, bəlkə də bir hallüsinasiya idi.

Amma hər nə olur-olsun, başıma gələnlər izahedilməz dərəcədə tükürpədən, vahiməli idi. Bir ömür unuda bilməyəcəyim hadisələrin şahidi olmuşdum bu gecə…

Daha da qəribə olan bilirsiz nə idi? Playlistimə Allahın sözlərinin yüklənilməsi…

04.07.2022 / 03:30


Mənası:
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
“De: ‘Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna!
Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən.
(O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!”


En az 10 karakter gerekli
Gönderdiğiniz yorum moderasyon ekibi tarafından incelendikten sonra yayınlanacaktır.





HIZLI YORUM YAP