Proust: ‘Güzellik renklerde değil, renklerin uyumundadır’
“Esedli Adil Beytulla oğlu 21 Haziran 1954 yılında Azerbaycan’ın cennet mekanlarından sayılan Lenkeran şehrinde doğdu.
Çocuk yaşlarından başladı onun renklere olan sevdası.
Her gün okuldan döndüğünde evlerinin yakınlığındaki Lenkeran nehri boyunca yürür, bazen nehrin bulanık, bazen akan göz yaşı gibi berrak akan suyunu, kıyısındakı ağaçları, çiçek ve çimleri hayranlıkla izlerdi.
Bir gün babası Beytullah Bey işten dönerken onunla nehrin kıyısında karşılaştı.
Evladının garip dalgınlığı onun ilgisini çekti.
-Ne yapıyorsun burada?
-Hiç, diye babasından maksatını saklamak istedi “okuldan sonra yorğunluğumu çıkarmak için buraya geldim, bana iyi geliyor.”
Günün birinde usluca bir odaya geçip, çok sevdiği nehrin kıyısındaki manzarayı beyaz kağıda aktardı.
Oğlunun eğitimi ile düzenli ilgilenen babası onun aynı odaya sık sık girip çıktığını gördü ve kendini tutamadı. Onun peşinden odaya geçti.
Okul öğrencisi olan oğlu güzel bir tablo çizmiş, duvara asmış ve kenardan mutlulukla bu resmi izliyordu.
Baba evladının sanki Lenkerançay’dan (Lenkeran nehri) bir parça koparıp duvara astığını zannetti.
-Demek ki, sen kendi yolunu bulmuşsun.
Oğlu babasının mutluluğunu daha da arttırmak istedi.
-Benim yolum senin kalbinden geçiyor babam!
Babası “teşekkür ederim, oğlum” deyip odadan çıktı.
O resmi çizdiğinde 8.sınıftaydı. Aradan iki yıl geçtikten sonra ailesi onun meslek seçimi ile ilgili istişare etmek kararına geldi.
Oğlunu canından çok sevdiği babası uzun zamandı kalbinde saklı tuttuğu dileğini anlattı:
-Önceleri senin hukuk okumanı istiyordum. Ama çizdiğin o resimden sonra fikrimi değiştim.
Şarkıda nasıl diyor: “Kuş kanatla uçar, insan dilekle.” Sen de kendi dileğine doğru uç, kalbinin sesini dinle.
Annen de ben de sana bol şanslar diliyorum.
Böylece başladı Adil Esedli’nin renkler dünyasına bir ömürlük yolculuğu.
1974 yılında A. Azimzade adına Ressamlık Okulunu kazanan A. Esedli 1980 yılında okulu yüksek notlarla bitirdi.
1980-1985 yıllarında N.Tusi adına Azerbaycan Pedogojik Universitesinin grafik bölümünde eğitim aldı.
Öğrencilik yıllarında Azerbaycan’ın başkenti Bakü şehrinde sık sık genç ressamların yaratıcılık sergilerine katılıyor ve eserleri bu sergilerde çeşitli ödüller kazanıyordu.
Universiteyi bitirdikten sonra doğup büyüdüğü Lenkeran şehrindeki 10 saylı orta okulda öğretmen olarak çalışmaya başladı.
Öğretmenliğin yanı sıra yaratıcılık yolunda araştırmalarını da ihmal etmiyordu.
1986 yılı Eylül ayında o Lenkeran Çocuk Ressamlık okuluna müdür olarak atandı.
Bu satırlar uzun yıllar önce Adil Hocam hakkında yazdığım makaleden alıntıdır.
Öğretmen olarak onunla çalışma şansına sahip olmak da varmış kaderimde.
Ressam olmasam da, Adil Bey’e her zaman “Hocam” derim.
Bunun nedeni, gerçek bir öğretmen olarak gelişmemde onun rolünün büyük olmasıdır.
Ben ilk kez ressamlık okulunda “Güzel sanatlar tarihi” öğretmeni olarak çalışmaya başladım.
Kısmet öyle getirdi ki, Adil Bey müdür, ben ve beş ressam arkadaş öğretmen olarak işe başladık.
Kendisi genç olsa bile sanki yaşlı bir öğretmendi. Zora düştüğümüzde ona sorar, karşılaştığımız soruların cevabını ondan alırdık.
Bir özelliğini hiçbir zaman unutmadım. Beni ağlatarak öğretmen yaptı Adil Hocam.
Yeni dönemlerde benim derslerime girer, öğretimde her hangi yanlışımı gördüğünde öğrencilerin karşısında bana yanlışımı söylerdi.
Kalbim kırılır, ağlayarak sınıftan çıkardım. Hatta öyle anlar olurdu ki, öğretmenlikten vaz geçmeği düşünüyordum.
Zaman geçtikçe onun neden böyle yaptığını anlamaya çalıştım. Belki de yalnızken bana yanlışlarımı söylerse, kibirli davranacağımı, onu dinlemeyeceğimi düşünürmüş.
Böylece yıllar öttükçe her defa öğrenci sevgisini, saygısını kazandıkça Adil Hocama içten teşekkürümü sunuyorum.
Yıllar geçiyor, Adil Hocamın renkler dünyasına olan deli sevdası daha da artıyordu.
O yıllarda Adil Hocamın bir çok şehirde özel yaratıcılık sergisi açılıyor, onun adı Azerbaycan’dan dışarıda, eski Sovetler Birliğinin bir çok şehrinde tanınıyordu.
Öğrencilerinden bir çoğu onun liderliğinde öğretmen olarak çalışmaya başladılar.
1997 yılının Mayıs ayında Güney bölgesinde onun resimlerinden oluşan büyük bir sergi açıldı.
O sergide temsil olunan eserler izleyiciler tarafından ilgiyle karşılandı.
Adil Hocamın her eseri onun kalbinin sesidir, o bu sesin hükmüyle renkler dünyasının göklerine kanatlanıyor.
Onu bazen renkler dünyasının Anka kuşuna benzetiyorum.
Azerbaycan mitolojisinde bu kuş merhametin, yeni yaşamın ve dirilişin sembolüdür.
Adil Hocam da ait olduğu sanat dünyasındaki eserlerinde renklerin birbirleriyle olan samimi temasıyla adeta hayatın güzelliklerine, toprağın ve doğanın canlanmasına hayat veriyor.
Onun farklı bir çizim tarzı var. Eserlerinin her biri insanların bazen cevabını bulamadığı soruları gündeme getiriyor.
Bazen soyut, bazen gerçekçi olan eserleri insan beynini düşünmeye zorluyor.
Onu tanıyan herkes resmin onun için ne kadar önemli olduğunu biliyor.
“Fırçayı elime aldığımda rahatlıyorum, ruhum dinleniyor. Resim yapmak benim için yemek, içmek ve uyumaktan daha önemlidir. Her rengin benim için farklı bir özelliği vardır. Soğuk renkler düşünmeme, çizdiğim eserlerin içine ulaşmama yardımcı oluyor, sıcak renkler ise bana pozitif enerji veriyor”
Adil Hocam böyle anlatıyor renklere, sanata olan aşkını.
Her eserini çocuğu kadar sever. Hayatını adadığı bu sanatta hiçbir zaman maddi geliri yüksek olmadı, mal mülk peşinden koşmadı.
Tek kazancı sanattan anlayan insanların onun eserlerine olan ilgisi ve küçük maddi bütçesidir.
Yaşı ilerledikçe kendisi için bir karar vermiş Adil Hocam.
“Ben öyle eserler yaratmak istiyorum ki, bir gün hayatta olmadığımda (Allah gecinden versin) eserlerim müzayedelerde yüksek fiyatlara satılsın” diyor.
O klasik sanatçılardan Rembrandt ve Tissan’ı çok sevdiğini vurguluyor.
Ayrıca R.Santi, L.D.Vinci ve P.Picasso’nun eserlerinin çok güzel olduğunu belirtiyor.
“Çünkü onlar farklı akımlardan esenlenen sanatçılardı. Picasso bana onlardan daha yakın. A. Azimzade adına Ressamlık okulundayken öğrenci arkadaşlarım bana espri olarak ‘sakallı Picasso’ derlerdi.
Çünkü o dönemde insan figürleri ve geometrik resimler çizmeye başlamıştım.
Şimdi de çeşitli resimler üzerinde çalışıyorum. Bir eser üzerinde çalışırken önce onu basitleştiriyor, sonra mükemmelleştiriyorum. Bu yöntem Picasso tarafından kullanılmıştır.”
Lenkeran’lı sanatçı 800’den fazla resim ve 900’den fazla grafik eser yaratmıştır.
Ressamın 200’den fazla resim ve grafik eseri Türkiye, İran, Ukrayna, Gürcistan, Rusya, İngiltere, Fransa, Polonya, ABD, Japonya, Çin, İsrail, Özbekistan ve daha birçok ülke vatandaşlarının özel koleksiyonlarında yer almaktadır.
Tanınmış ressam, 2013 yılında “Usta Sanatçı”, 2017 yılında Uluslararası “Dede Korkut” ödüllerinin yanı sıra farklı yıllarda da birçok ödüller almıştır.
Ayrıca kendisine birçok kez Kültür Bakanlığı tarafından Şeref belgesi, 3 kez de Bilimsel Metodolojik Kültürel Araştırmalar Merkezi’nin Onur belgesi ve diploması verilmiştir.
“20. Yüzyılda Azerbaycanlı sanatçılar” başlıklı sanatla ilgili makalelerden oluşan bir koleksiyon ve “Resim ve Grafik” adlı eseri basılmıştır.
2004 yılından bu yana Lenkeran Devlet Üniversitesinde doçent olarak görev yapmaktadır. 1998’den 2000 yılına kadar ve Mart 2019’dan Şubat 2020’ye kadar bana Adil Hocamla yeniden birlikte LDU’da çalışmak nasip oldu.
Ressamın özgeçmişi hakkında tam bilgi vermeyeceğim çünkü onun çok zengin yaratıcılık hikayesi var.
Kısmet olursa onunla yapacağım sıradaki röportajımda kendisi size hayat ve sanat hikayesini detaylı anlatır.
Bu yazımda size üstad ressamın “Kara Yusif”, “Kompozisyon”, “Kız kuşla”. “Lenkeran.Han evi”, “Lenkaran. Çay toplayan kadınlar”. “Oğuz Kağan”, “Çarşıdan dönenler” tablolarını ve grafik çalışmalarından bazılerını sunuyorum.
Renkler dünyasının Anka’sı, bu dünyayla soluyan değerli ressamımız geçen yıl 70 yaşına bastı.
İnşallah bu yaşı ruhu sanatla beslenen Adıl Hocamın bundan sonra yapmak istediği eserlerin gerçekleşmesine vesile olur.
Gözəllik rənglərdə deyil, rənglərin ahəngəndədir./Proust/
“Əsədli Adil Beytulla oglu 1954-cü il iyunun 21-də Azərbaycanın cənnət güşələrindən olan Lənkəran şəhərində doğulub.
“Rənglərə sevgisi uşaq yaşlarından başlayıb.
Hər gün məktəbdən qayıdarkən yolunu evlərinin yaxınlığındakı Lənkərançayın kənarından salar, gah bulanıq, gah da göz yaşı kimi dumduru axan suya, çayın kənarındakı ağaçlara, çiçək və çəmənə heyranlıqla baxardı.
Bir gün atası Beytulla kişi işdən dönərkən onunla çayın kənarında qarşılaşır.
Övladının qəribə hərəkəti onun diqqətini çəkir.
-Neynirsən burada?
-Heç-deyə atasından məqsədini gizlətmək istəyir “məktəbdən sonra yorğunluğumu çıxarmaya çalışıram, bura məni dincəldir”.
Atalar gözəl demişlər: “cidanı çuvalda saxlamaq olmaz”.
Günün birində səssizcə bir otağa çəkilib, çox sevdiyi çayın kənarındakı mənzərəni ağ kağiza köçürdü.
Oğlunun təhsili ilə mütəmadi olaraq maraqlanan atası, onun eyni otağa girib çıxdığını gördü və özünü saxlaya bilməyib, onun arxasınca həmin otağa girdi.
Məktəb şagirdi olan oğlu tablonu çoxdan bitirmiş, divara asmış və kənardan sevinclə çəkdiyi rəsmə baxırdı.
Ata oğlunun sanki Lənkərançaydan bir parça qoparıb, divara asdığını zənn etdi.
-Deməli, sən öz yolunu seçmisən?
Oğlu atasının sevincini daha da artırmaq istədi:
-Mənim yolum sənin qəlbindən keçir, ata!
Atası “təşəkkür edirəm, oğlum” deyib, otaqdan çıxdı.
Səkkizinci sinifdə oxuyurdu o zamanlar. Aradan iki il keçdikdən sonra ailəsi onun sənət seçimi ilə bağlı məsləhətləşirdi.
Oğlunu canı qədər sevdiyi atası, uzun zamandır ürəyində gizlətdiyi arzusunu söylədi:
-Əvvəllər sənin hüquq təhsili almağını istəyirdim. Amma çəkdiyin o rəsimdən sonra fikrimi dəyişdim. Mahnıda deyildiyi kimi: “quş qanadla uçar, insan diləklə”.Sən də öz diləyinə doğru uç, qəlbinin səsini dinlə.”
Anan da, mən də sənə gözəl şanslar diləyirəm.
Beləcə başladı, Adil Əsədlinin rənglər dünyasına bir ömürlük səfəri…
1974-cü ildə Ə.Əzəmzadə adına Rəssamlıq Məktəbinə qəbul olunan Adil Əsədli 1980-ci ildə məktəbi Fərqlənmə diplomu ilə bitirir.
1980-1985-ci illərdə Tusi adına APU-nin Bədii qrafika fakültəsində təhsil alır.
Tələbəlik illərində Azərbaycanın paytaxtı Bakı şəhərində tez-tez gənc rəssamların yaradıcılıq sərgilərində iştirak edir, əsərləri fərqli-fərqli mükafatlara layiq görülür.
Universiteti bitirdikdən sonra doğulub, böyüdüyü Lənkəran şəhərindki 10 saylı orta məktəbdə müəllim olaraq işə başlayır.
Müəllimliklə bərabər yaradıcı axtarışlardan da uzaqlaşmır.
1986-cı ilin sentyabrında onu Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbinə müdir təyin edirlər.”
Bu sətirlər uzun illər öncə Adil müəllim haqqında yazdığım məqalədəndir.
Onunla bərabər müəllim olaraq çalışmaq da, var imiı qismətimdə.
Baxmayaraq ki, mən rəssam deyiləm, amma Adil müəllimə hər zaman”mənim müəllimim” deyirəm.
Səbəbi isə mənim əsil müəllim kimi yetişməyimdə, onun rolunun böyük olmasıdır.
Mən ilk dəfə Rəssamlıq məktəbində “İncəsənət tarixi” müəllimi kimi fəaliyyətə başlamışam. Qismətdən Adil müəllim müdir olaraq, mən və daha 5 nəfər rəssam, müəllim kimi eyni vaxtda fəaliyyətə başladıq.
Özü gənc olsa da, sanki yaşlı bir müəllim idi. Çətinə düşən kimi ona yaxınlaşar, qarşımıza çıxan sualların cavabını ondan alardıq.
Bir xasiyyətini heş vaxt unutmuram. Məni ağlada-ağlada müəllim etdi, Adil müəllim.
Təzə vaxtlar mənim dərslərimə girər, tədrisimdə nəsə səhv gördüyündə, şagirdlərin önündə səhvimi deyərdi.
Qəbim qırılardı, ağlaya-ağlaya sinifdən çıxardım, hətta elə an olurdu ki, müəllimlikdən imtina etmək istəyirdim.
Amma zaman keçdikcə, onun nədən belə etdiyini anladım. Məncə, təklikdə desə, bəlkə təkəbbürlü davranacağımı, onu dinləməyəcəyimi düşünürdü.
Beləcə, illər keçdikcə, hər dəfə şagird sevgisini, tələbə məhəbbətini qazandıqca, Adil müəllimə ürəyimdə təşəkkür edirdim…
İllər keçir, Adil müəllimin rənglər dünyasına olan dəli sevdası daha da artırdı.
Həmin illərdə Adil müəllimin çox yerdə fərdi yaradıcılıq sərgiləri açılır, onun adı Azərbaycandan kənarda, keşmiş Sovet İttifaqının bir çox şəhərlərində tanınmaya başlayırdı.
Şagirdlərindən bir çoxu onun rəhbərliyi altında müəllim olaraq faəliyyət göstərirdilər.
1997-ci ilin may ayında Cənub bölgəsində A.Əsədlinin rəsimlərindən ibarət böyük bir sərgi açıldı.
O sərgidə nümayiş olunan əsərlər, tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Adil müəllimin hər əsəri onun qəlbinin səsidir, o bu səsin hökmüylə rənglər dünyasında qanaq çalır.
Onu bəzən rənglər dünyasının Simurq quşuna bənzədirəm.
Azərbaycan mifalogiyasında bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir.
Adil müəllim də məxsus olduğu sənət dünyasında çəkdiyi əsərlərində, rənglərin bir-biri ilə səmimi təması ilə, yaratdığı hər tabloda həyatın gözəlliyinə, torpağın, təbiətin dirçəlişinə sanki nəfəs verir.
Onun fərqli rəsm üslubu var. Hər əsəri insanda bəzən cavabını tapa bilmədiyi suallar yaradır.
Bəzən abstrakt, bəzən realist üslubda yaratdığı əsərlər, insan beynini düşünməyə məcbur edir.
Özünün dediyinə görə, rəsm çəkməkdən xüsusi zövq alır. Onu tanıyan hər kəs rəssamlığın onun üçün nə qədər önəmli olduğunu yaxşı bilir.
“Mən fırçanı əlimə alanda rahatlanıram, ruhum dincəlir. Rəsim mənim üçün yeməkdən, içməkdən, yatmaqdan belə önəmlidir.
Hər rəngin mənim üçün fərqli xüsusiyyəti var. Soyuq rənglər mənim düşünməmə, çəkdiyim əsərin daxilinə varmağa, isti rənglər isə mənə pozitiv enerji verir. “
Adil müəllim belə anladır, rənglərə, rəsmə olan sevgisini.
Hər əsərini övladı qədər sevir. Həyatını həsr etdiyi bu sənətdə heç vaxt yüksək maddi gəlirlərə sahib olmayıb, mal-mülk düşünməyib.
Tək qazancı sənətdən anlayan insanların onun əsərlərinə olan marağı, diqqəti və çox olmayan maliyyə büdcəsidir.
Yaşa dolduqca artık özü üçün bir qərar vermiş. Deyir ki, elə əsərlər yaratmaq istəyirəm ki, bir gün həyatda olmadığımda(Allah qorusun)əsərlərim hərraclarda baha qiymətə satılsın.
A.Əsədli klassik rəssamlardan Rembrant və Tissanı şox sevdiyini vurğulayır.
Eləcə də R.Santinin, L.D.Vinçinin, P.Pikassonun əsərlərinin də çox gözəl olduğunu qeyd edir.
“Çünki onlar ayrı “izmlər” üzərində çalışan rəssamlardır. Onlardan Pikasso mənə daha yaxındır. A.Azimzadə adına Rəssamlıq texnikumunda oxuyanda, tələbə yoldaşlarım mənə zarafatyana “sakallı Pikasso” deyərdilər.
Çünki, o zamanlar insan figürları və geometrik şəkillər çəkməyə başlamışdım.
İndi də çalışmalarıma davam edirəm. Müxtəlif əsərlər üzərində çalışıram. Bir əsər üzərində çalışarkən, əvvəl onu bəsitləşdirir, sonra mükəmməlləşdirirəm.. Bu üsul Picasso tərəfindən yaradılıb.”
Lənkəranlı rəssam 800 dən çox rəngkarlıq, 900 dən çox qrafik əsərlər yaradıb.
Onun 200-dən çox rəngkarlıq və qrafika əsəri Türkiyə, İran, Ukrayna, Gürcüstan, Rusiya, İngiltərə, Fransa, Polşa, ABŞ, Yaponiya, Çin, İsrail, Özbəkistan və bir çox ölkə vətəndaşlarının şəxsi kolleksiyalarında saxlanılır.
Tanınmış rəssam 2013-cü ildə “Ustad sənətkar” 2017-ci ildə Beynəlxalq “Dədə Qorqud” mükafatlarına, eləcə də müxtəlif illərdə bir çox mükafatlara layiq layiq görülüb.
Üstəlik Mədəniyyət Nazirliyi tərəfindən dəfələrlə Fəxri Fərmana, 3 dəfə isə Mədəniyyətşünasliq üzrə Elmi Metodik mərkəzin Fəxri Fərmanına və Diplomuna layiq görülub.
“Azərbaycan rəssamları XX əsrdə” adlı incəsənət sahəsinə aid məqalələr toplusu və “Rəngkarlıq və qrafika” adlı əsəri çapdan çıxıb.
2004-cü ildən Lənkəran Dövlət Universıtetinin dosentidir. Qismət elə gətirdi ki, mənə 1998-ci ildən 2000-ci ilədək, 2019-ci ilin mart ayından 2020-ci ilin fevral ayına kimi, LDU-da da müəllimimlə bərabər çalışmaq nəsib oldu.
Rəssamın tərcümeyi halı haqqında tam olaraq məlumat vermirəm, çünki çox zəngin bir sənət hekayəsi var.
Qismət olursa, gələcəkdə ondan alacağım müsahibədə sizə həyat və sənət hekayəsi haqqında özü məlumat verər.
Bu yazıda sizlərə təqdim etdiyim “Qara Yüsif”, “Kompazisiya”. “Qız quş ilə”. “Lənkəran.Xan evi”. “Lənkəran. Çay yığan qadınlar”. “Oğuz Xan”, “Bazardan qayıdanlar” adlı rəngkarlıq, eləcə də, qrafik işlərindən bəzisini təqdim edirəm.
Rənglər dünyasının Simurqu, bu dünyayla nəfəs alan, dəyərli sənətkarımız keçən il 70 yaşına qədəm qoydu.
İnşallah, bu bu yaş ruhu sənətlə qidalanan rəssamımızın arzuladığı əsərləri yaratmağa vəsilə olar.
GENEL
18 saat önceGENEL
18 saat önceGENEL
18 saat önceGENEL
18 saat önceGENEL
18 saat önceSPOR
18 saat önceMAGAZİN
18 saat önce