Herkes onun hakkında konuşuyordu – TV’den radyoya, tüm sosyal ağlara kadar… Yedi milyar yedi yüz milyon insanı, dili, dini, ırkı ne olursa olsun, tek bir şey birleştiriyordu: Korku.
Çin, İran, Avrupa ülkeleri – başta İtalya ve İspanya olmak üzere – Amerika Birleşik Devletleri, Afrika ve Avustralya… Tüm dünya, tarihte benzeri görülmemiş bir salgınla mücadele ediyordu. En güçlü uluslar bile artık bu virüse karşı yenilgiyi kabul ediyor ve eğer bu salgına karşı bir aşı yakın zamanda bulunmazsa, insanlığın büyük bir kısmının yok olacağı öngörülüyordu (en iyimser tahminlere göre milyonlarca insanın öleceği varsayılıyordu). Her geçen gün artan ölüm sayısı on binleri aşarken, enfekte olanların sayısı yüz binleri buluyordu. Doktorlar yedi gün yirmi dört saat ayakta durmasına rağmen, enfekte olanların sayısı o kadar hızlı artıyordu ki, herkesin hayatını kurtarmak imkânsız hâle geliyordu.
Yaşlı, genç, bebek… Virüs kimseyi görmezden gelmeyerek herkesi öldürmeye devam ediyordu. Hayatta kalanlar korku içinde; bir sonraki kurbanın kendileri olabileceğinden endişe duymaktaydı. Hatta devlet başkanları ve krallar bile bugün yaşayabildilerse şükretmeliydi. Virüs ayrım yapmıyordu. Bir zamanlar kalabalıklarla dolup taşan şehirler artık tıpkı korku filmlerindeki gibi ıssız kalmış, polis ve askerler insanların sokağa çıkmasını engellemek için gece gündüz demeden kontrol ediyorlardı. Google’da aratsalar, bu virüsün – daha doğrusu koronavirüsün – yaklaşık 6.000.000.000 kez arandığını görebiliyorlardı. Yahudi, Hristiyan, Müslüman… Kısacası, tüm dinlerin temsilcileri bir araya gelerek çözümü Allah’a dua etmekte görüyordu. Ah insan… Daha bir gün önce bilginle ve gelişiminle o kadar gurur duyuyor, o kadar kibirleniyordun ki… Hatta bazıları, kendi kendilerine “Ben Tanrıyım” diyecek kadar cesaretlenmişti.
Bazıları, koronavirüsün dünyaya yayılmasının karşıt devletlerin biyolojik silah olarak kullanmasından kaynaklandığını, bazıları Hz. İsa’nın, Hz. Mehdi’nin yeryüzüne dönüşünün alameti olduğunu, bazıları Tanrı’nın tüm dünyaya bela verdiğini, kimileri doğanın kendisini kötüye kullanan insanlardan intikam aldığını, bazıları tüm bu oyunların arkasında İlluminati’nin olduğunu ve onların “Yeni Dünya Düzeni” yaratma hedeflerinden bahsediyordu. Hatta bazılarına göre, başka bir gezegenden gelenler tarafından dünyanın işgalinin başlangıcıydı. Tüm bunlar, televizyondan sosyal ağlara kadar her yerde tartışılıyordu. İşyerleri kapatılmış, turizm mahvolmuş, ekonomi çökmüş, sadece ülkelerarası ulaşım değil, şehirlerarası yolculuklar da kaldırılmıştı. Sonuç olarak, dünya kaosa sürükleniyordu ve bir daha asla eskisi gibi olmayacaktı… En kötü senaryo, insanlığın yok oluşuna her geçen gün biraz daha yaklaşıyor olmasıydı.
Ölümün nefesini biraz daha yakından hissederek kan ve ter içinde uyandım. Yaşadığım şoku atlatmam kısmen de olsa dört-beş dakikamı aldı. Üzerimi giyinip yüzümü yıkadıktan sonra mutfağa yöneldim. Kahvaltıya oturduğumda, telefonumu elime alıp “Facebook” hesabıma yeni giriş yapmıştım ki daha büyük bir şokla karşılaştım. “Aman Tanrım!” dediğimde ellerim titremeye başladı. Birkaç saniye sonra bu haberin doğru olup olmadığını resmi haberlerden de öğrenmek için televizyonu açtım. “Aman Tanrım, bu ne anlama geliyor?” diye düşünmeye başladım. Balkona yaklaşıp bahçemizi izlerken, insanların telefonlarına baktığını fark ettim (büyük ihtimalle onlar da bu rüyayı izliyorlardı). Neredeyse gördüklerim ve duyduklarım karşısında dilim tutulacaktı.
Nasıl oluyordu da yedi milyar yedi yüz milyon insan aynı rüyanın korkunç etkilerinden dehşete düşerek uyanıyordu? (Elbette binlerce insan da bu rüyanın korkusundan ölümle karşı karşıya kalıyor ve belki de öldüğünü sandığımız insanlar gerçek hayata geçiş yapıyorlardı.) Televizyonlardan radyolara, sosyal ağlara kadar herkes bu konu hakkında konuşuyordu. Korku, dil, din, ırk ayrımı gözetmeksizin yedi milyar yedi yüz milyon insanı birleştirmişti. Birçoğu, “Belki de yaşadığımız hayat, hayallerin gerçekliğinden başka bir şey değildir. Ya da belki de hayallerimiz hayatın ta kendisidir. Paralel dünyalar var mı? Yoksa dünyamız da sonsuz sayıda paralel dünyalardan sadece biri mi?” gibi sorular sormaya başlamıştı. Herkes haklı görünebilirdi, ama kimse gerçeği bilmiyordu ya da birileri biliyor, ama kimseye açıklamıyordu. Belki de bir gün ortaya çıkacaktı. Televizyonlardan ve sosyal medyadan “Öyle hayallerimiz var ki, gerçekleştirme Allah’ım, âmin.” duaları aralıksız sürüyordu. Ben de onlarca kez önce yüksek sesle, sonra da içimden “Âmin.” diyerek gözyaşlarımı tutamadım.
Gözyaşlarımı silmek üzereydim ki…
Gözlerimi açıp heyecanla etrafıma bakmaya başladım… Hemen “Facebook” hesabıma girip her şeyin her zamanki gibi devam ettiğini görünce çok mutlu oldum ve Allah’a şükretmeyi unutmadım. Aslında her şey sadece bir rüyadan ibaretmiş. Bu sırada aklıma bir soru takıldı: Acaba, eğer biz bir rüyanın içinde başka bir rüya görüyorsak, olabilir mi ki hayatımızın kendisi de başka birisinin rüyasıdır? Ya da başka bir ihtimal… Rüya gördüğümüz zaman, rüyamızda başka bir rüya daha görüyorsak, farklı dünyaları mı ziyaret ediyoruz?
Rüyalar, hayatın içinde hayat,
Bazen endişeli, bazense sakin,
Bir günü kendine sevdirir bizi,
Bir günse o kırar yüreğimizi.
Habil Yaşar
Hər kəs ondan danışırdı—TV-lərdən, radiolardan tutmuş bütün sosial şəbəkələrə qədər. Yeddi milyard yeddi yüz milyon insanı dilindən, dinindən, irqindən asılı olmayaraq sadəcə bir şey birləşdirirdi: qorxu.
Çin, İran, Avropa ölkələri—xüsusən İtaliya və İspaniya, Amerika Birləşmiş Ştatları, Afrika, Avstraliya—bütün dünya tarixdə misli-bərabəri görünməyən bir pandemiyaya qarşı mübarizə aparırdı. Artıq ən güclü dövlətlər belə bu virusa məğlub olduqlarını etiraf edir və əgər tez bir zamanda bu pandemiyanın peyvəndi tapılmazsa, insanlığın böyük bir hissəsinin məhv olacağını proqnozlaşdırırdılar (ən nikbin öngörülərə görə milyonlarla insanın öləcəyi ehtimal edilirdi). Getdikcə artan ölü sayı on minləri keçir, yoluxmaların sayı yüz minlərlə hesablanırdı. Həkimlər yeddi gün, iyirmi dörd saat ayaqda dursa da, yoluxanların sayı o qədər sürətlə artırdı ki, hər kəsin həyatını xilas etmək mümkünsüzləşirdi.
Qoca, cavan, körpə—virus heç kimə məhəl qoymadan hər kəsin canına qıymağa davam edirdi. Sağ qalanlar qorxu içində—növbəti qurbanın özləri ola biləcəklərinin həyəcanında. Hətta dövlət başçıları, krallar belə bu gün yaşaya bildiklərinə şükür etməli idilər. Virus ayrı-seçkilik bilmirdi. Bir zamanlar izdihama şahidlik etmiş şəhərlər indi qorxu filmlərindəki kimi bomboş qalmış, polislər və hərbçilər əhalinin küçələrə çıxmasının qarşısını almaq üçün gecə-gündüz nəzarət edirdilər. Googleda axtarış versəydilər, bu virusun—yəni daha dəqiq desək, koronavirusun—təxminən 6 milyard dəfə axtarıldığının şahidi olardılar.
İstər iudaistlər, istər xristianlar, istər müsəlmanlar—bir sözlə, bütün dinlərin nümayəndələri qardaşlaşaraq çarəni Allaha dua etməkdə görürdülər. Ah insan! Sadəcə bir gün əvvəl öz elmin, öz inkişafın ilə o qədər öyünmüş, o qədər təkəbbürlənmişdin ki… Hətta bəziləri özünə “Mən Allaham” deyəcək qədər cəsarətlənmişdi.
Kimisi koronavirusun dünyaya yayılmasını bir-birinə müxalif olan dövlətlərin bioloji silah kimi istifadə etməsi ilə əlaqələndirir, kimisi Hz. İsanın və Hz. Mehdinin yer üzünə qayıtmasının işarəsi kimi görür, kimisi Allahın bütün dünyaya bəla yağdırmasından danışır, kimisi təbiətin onu pis günə qoyan insanlardan intiqam almasına inanır, kimisi bütün bu oyunların arxasında İlluminatinin dayandığını və onların “Yeni Dünya Nizamı” yaratmaq məqsədi güddüyünü iddia edir, hətta kimisi isə başqa planetdən gələnlərin yer üzünə istilasının başlanğıcı olduğunu düşünürdü. Bütün bu fikirlər TV-lərdən, sosial şəbəkələrdən tutmuş hər yerdə müzakirə olunurdu. İş yerləri bağlanmış, turizm məhv olmuş, iqtisadiyyat çökmüş, nəinki ölkələrarası nəqliyyat, hətta şəhərlərarası gedişlər də dayandırılmışdı. Nəticə etibarilə dünya bir xaosa sürüklənirdi—daha doğrusu, sürükləndirilirdi—və artıq əvvəlki kimi olmayacaqdı…
Və ən qorxulu ssenari—bəşəriyyət hər gün bir az da yox olmağa yaxınlaşırdı.
Ölümün nəfəsini bir az daha yaxın hiss edərək qan-tər içində yuxudan oyandım. Şok vəziyyətindən qismən də olsa çıxmağım dörd-beş dəqiqə çəkdi. Paltarlarımı geyinib, əl-üzümü yuyaraq mətbəxə yaxınlaşdım. Səhər yeməyinə oturan zaman telefonumu əlimə alıb Facebook hesabıma yenicə daxil olmuşdum ki, daha böyük bir şoka düşdüm. “Aman Allahım!” deyərkən əllərim əsməyə başladı. Bir neçə saniyə sonra bu xəbərin doğru olub-olmadığını rəsmi mənbələrdən öyrənmək üçün televizoru açdım. “İlahi, bu nə deməkdir?” deyə düşünməyə başladım. Eyvana yaxınlaşıb həyətimizi seyr edərkən insanların telefonda nəyəsə baxdıqlarının (çox güman ki, onlar da bu yuxunu izləyirdilər) şahidi oldum. Az qala gördüklərim və eşitdiklərim qarşısında dilim tutulacaqdı.
Necə ola bilər ki, yeddi milyard yeddi yüz milyon insanın hər biri eyni yuxunun dəhşətli təsirindən vahimələnərək oyanır? (Təbii ki, minlərlə insan bu yuxunun qorxusundan ölümlə üzləşir və bəlkə də öldüyünü düşündüyümüz insanlar gerçək həyata qədəm qoyacaqdılar.) TV-lərdən, radiolardan tutmuş bütün sosial şəbəkələrə qədər—hər kəs ondan danışırdı. Qorxu—yeddi milyard yeddi yüz milyon insanı dilindən, dinindən, irqindən asılı olmayaraq birləşdirmişdi.
Artıq çoxları, “Bəlkə də yaşadığımız həyat yuxuların həqiqətindən başqa bir şey deyildir? Və ya bəlkə də yuxularımız həyatın elə özüdür? Paralel aləmlər varmı? Bizim aləmimiz də sonsuz sayda paralel aləmdən sadəcə biridir?”—deyə düşünməyə başlamışdı. Hər kəs haqlı görünə bilərdi, amma heç kim həqiqəti bilmirdi. Və ya biriləri bilirdi, sadəcə heç kimə açıqlamırdı. Bəlkə də nə vaxtsa açıqlanacaqdı… TV-lərdən, sosial şəbəkələrdən “Elə yuxularımız var ki, onları reallaşdırma, Allahım. Amin.” dualarının ardı-arası kəsilmirdi. Mən də bir dəfə səsli, sonra isə ürəyimdə onlarla dəfə “Amin” deyərək göz yaşlarımı saxlaya bilmədim.
Göz yaşlarımı silməyə hazırlaşırdım ki…
Gözlərimi açıb həyəcanlı halda ətrafıma baxmağa başladım… Dərhal Facebook hesabıma daxil olub hər şeyin həmişəki kimi davam etdiyini görüb olduqca sevindim və Allaha şükür etməyi unutmadım. Sən demə, hər şey (dünyada baş verən koronavirus pandemiyası da, dünyadakı bütün insanların eyni yuxunu görməsi də) sadəcə yuxu imiş.
Bu zaman düşüncələrimdə belə bir sual yarandı: “Görəsən, əgər biz bir yuxunun içində başqa bir yuxu görürüksə, ola bilərmi ki, bizim həyatımızın özü də başqa birisinin yuxusudur? Və ya başqa bir iddia: Yuxu gördüyümüz zaman yuxumuzun içində də başqa bir yuxu görürüksə, fərqli aləmlərəmi ziyarət edirik?”
Yuxular həyatın özündə həyat,
Bəzən həyacansız, bəzən narahat.
Bir günü özünə sevdirir bizi,
Bir günsə sındırır ürəyimizi.
Habil Yaşar
GENEL
9 saat önceGENEL
9 saat önceGENEL
9 saat önceGENEL
9 saat önceGENEL
9 saat önceGENEL
9 saat önceGENEL
9 saat önce